Avropa Ermənistanı cəzalandıracaq

Avropa Yayım Birliyi Ermənistan nümayəndəsinin “Eurovision”dakı təxribatını pisləyib.

Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan separatçı rejimin bayrağı ilə

Avropa Yayım Birliyi Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı “Eurovision” mahnı müsabiqəsinə gətirməsi ilə bağlı bəyanat yayıb.

Ans press-in məlumatına görə, bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.

"Cəza bu ilin iyununda keçiriləcək növbəti iclasda müəyyən olunacaq"

Bəyanatda bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir.

Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMP TV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.

Ermənistan Avropanın gözü önündə təxribat edir

Bəyanatda o da vurğulanır ki, Avropa Yayım Birliyi Ermənistan ilə Azərbaycan arasında mövcud olan gərginlikdən xəbərdardır. “Eurovision” mahnı müsabiqəsinin canlı yayımı zamanı Ermənistan təmsilçisi tərəfindən bu bayrağın dalğalandırılması müsabiqənin qaydalarının ciddi şəkildə pozulması deməkdir.

Qaydalara əsasən yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir.

Ermənistan Avropanın gözü önündə "Eurovision"da təxribat etdi

Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib. Avropa Yayım Birliyi Ermənistan tərəfindən tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edib.

Bir müddət əvvəl Stokholmda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu ilin bayraq siyasətini açıqlayıblar. Avropa Yayım Birliyi müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlayıb.

Qadağan edilmiş bayraqlar sırasına qondarma Dağlıq Qarabağ rejiminin də bayrağı var. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer alıb.

Qadağan olunmuş bayraqlar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar