İstintaq necə gedirsə, məhkəmə də elə olacaq

Tofiq Yaqublu və İlqar Məmmədovun vəkilləri məhkəmənin siyasi sifarişli olacağını deyir

Bu ilin yanvar ayında Ismayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Vəkilər cinayət işinin materialları ilə tanış olmağa başlayıb. Işlə tanış olandan sonra ittiham haqda sənəd tərtib olunub məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri Ilqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də Ismayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Vəkillərin növbəti mərhələdən gözləntiləri nədən ibarətdir və ədalətli məhkəmə prosesinə ümid etməyə dəyərmi?

Tofiq Yaqublunun vəkili Elçin Sadıqov ittihamla bağlı hər hansı mötəbər sübutun olmadığını və ortada sadəcə olaraq öyrədilmiş şahidlərin ifadəsinin olduğunu bildirdi. Vəkil müdafiə tərəfinin həmin ittihamları məhkəmədə darmadağın etmək üçün xeyli arqumentlərinin olduğunu da qeyd etdi.

Prosesin başdan ayağa siyasi sifariş əsasında həyata keçirildiyini deyən vəkilin sözlərinə görə, məhkəmənin verəcəyi qərar da siyasi sifarişdən asılı olacaq.

Ilqar Məmmədovun vəkili Xalid Bağırov isə istintaqın saxta ittihamlar əsasında başladığı kimi də davam edəcəyini və məhkəmədən də müsbət gözləntilərinin olmadığını deyir: “Təcrübəm göstərir ki, məhkəmədən müsbət nəsə gözləməyə dəyməz”.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar