Rəsul Quliyev İbrahimbəyovun namizədliyindən danışdı

"Onu istənilən variantda seçkilərə buraxmaq istəmirdilər"

Açıq Cəmiyyət Partiyasını (ACP) lideri, eks-spiker Rəsul Quliyev sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb. Modern.az-ın məlumatına görə, eks-spiker Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədlik müəmmasından, onun başqa dövlətlər qarşısında daşıdığı öhdəliklərdən danışıb.

- Rüstəm İbrahimbəyovun seçkilərə Rusiya vətəndaşı qismində qatılması hadisələrin ən ağlasığmaz inkişafı idi. Məgər Rüstəm İbrahimbəyov və onun ətrafında olanlar qanunvericiliyin tələblərindən xəbərsizmi idilər? Sualına eks-spikerin cavabı belə olub:

- Rüstəm İbrahimbəyov mübarizəyə yox, iqtidarı əvvəl yumşaq, 2012-ci ilin ikinci yarısından sonra isə sərt tənqidə başladı. Ancaq onun prezident kürsüsü uğrunda mübarizəyə qoşulmaq istəməsi tədricən formalaşdı. O, bu seçkidə iştirak etməsi barədə qərarı ancaq 2013-cü ilin iyunun ortalarında qəbul etdi - bu, mütləq həqiqətdir.

Əslinə qalanda, Rüstəm İbrahimbəyovun seçkilərə buraxılıb-buraxılmamasının Rusiya vətəndaşı olub-olmaması ilə heç bir əlaqəsi yox idi. Və onun nə vaxt İmmiqrasiya Xidmətinə müraciət etməsinin də mətləbə dəxli yox idi. “İkili vətəndaşlığı olan seçkidə iştirak edə bilməz” nə deməkdir? Dövlət qarşısında öhdəliyi necə anlamaq lazımdır? Birincisi, vətəndaşın borcudur ki, orduya çağrılsa - getsin, müharibə olsa - düşmənə qarşı vuruşsun. İkincisi, ölkənin düşmən adlandırdığı başqa ölkə ilə əlaqə saxlamasın, onunla iş görməsin. Bunlardır dövlət qarşısında öhdəliklər. Bildiyiniz kimi, Rusiya Federasiyası Azərbaycanı dost ölkə elan edib. Və Rüstəm İbrahimbəyovun orduya çağrılmaq yaşı çoxdan keçib. Başqa sözlə, onun Rusiya qarşısında heç bir öhdəliyi yoxdur. Vergi borcunun və ya mülkiyyətin olmasını ölkə qarşısında öhdəlik kimi təqdim edən istənilən məhkəməyə və istənilən hüquqşunasa yazıqlar olsun. Bunların heç biri öhdəlik deyil, sadəcə olaraq, müvəqqəti və ya daimi yaşadığın ölkələrin qanunlarına tabe olmaqdır. Onları öhdəlik hesab etsən, gərək, yolu qırmızı işıqda keçməyi də öhdəlik hesab edəsən. Milyonlarla adamların başqa ölkələrdə biznesi var və təbii ki, gəlirdən həmin ölkələrə vergi verirlər. Cənab Obamanın başqa ölkələrdə çıxan kitablarından gələn gəlirdən, təbii ki, o ölkələrdə vergi tutulur. Bu o deməkdir ki, məsələn, Obamanın Rusiya qarşısında öhdəliyi var?! Bu ki, gülüncdür!

Ona görə də, guya, “R.İbrahimbəyov Rusiya vətəndaşı olduğuna görə seçkilərə buraxılmamalı idi” fikri nağıldır. Onu istənilən variantda seçkilərə buraxmaq istəmirdilər, indiyə qədər də ittifaqına qarşı qaldırılmış cinayət işi davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar