Uğur olsun, cənab prezident!

Türk dünyasının əli kürəyinizdədir...

Mirzə AĞ

Xəbər verildiyi kimi, sabah Avstriyanın paytaxtı Vyana şəhərində Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Vasitəçilər də ATƏT-in Minsk qrupu həmsədrləridir (Rusiya, Fransa və ABŞ).

Yayılan xəbərlərə görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərin xarici işlər nazirləri də iştirak edəcəklər. Bu məqamda məntiqi sual yaranır: həmsədr dövlətlərin xüsusi elçilərinin (vasitəçilərin) iştirak edəcəyi bu görüşdə eyni zamanda həmin dövlətlərin xarici işlər nazirlərinin iştirak etməsinə zərurət varmı? Yaxud, belə iştirak hansı ehtiyacdan şərtlənir və hansı məqsədlərə xidmət edə bilər?

Suala birimənalı cavab vermək çətin olsa da, müəyyən mülahizələr irəli sürmək üçün kifayət qədər dəlil-sübut ortadadır. Məsələn, ilk növbədə, bu görüşün tələm-tələsik «düzülüb-qoşulduğu» məqam diqqəti çəkir. Aprelin 2-5 tarixlərində Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən döyüş əməliyyatları açıq-aydın göstərdi ki, kənar güclərin (ilk növbədə, Rustyanın) neytral mövqedə dayanacağı təqdirdə, Qarabağ münaqiəsini həll etmək (hərbi yolla) Azərbaycan üçün «su içmək kimi bir çalışmadır». Təhlillər göstərir ki, məhz belə durum ən azı, həmsədr dövlətləri qane etmir. Mənim fikrimcə, Vyana görüşü məhz bu səbəbdən dolayı «təşkil edilib» və böyük ehtimalla, Ermənistan üçün (status-kvonu spaxlamaq üçün) vaxt qazandırmaq məqsədi daşıyır.

Belə düşünməyə yetərincə ehtiyac var. Məsələn, Azərbaycanın rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, münaqişənin həlli üçün Minsk qrupunun fəaliyyəti yetərli deyil və nədənsə (əslində, səbəb hər kəsə aydındır) beynəlxalq ictimaiyyət bu məsələdə açıq-aşkar ikili standartlardan çıxış edir. Nə qədər gizlətməyə çalışsalar da, etiraf etməliyik ki, dini amil burada öz həlledici rolunu oynayır. Əlbəttə, bu qənaət heç də həmsədr dövlətlərin regional maraqlarını istisna etmir...

İndi isə gəlin sabahkı görüşün «formatı»na diqqət yetirək. Elan olunduğu kimi, görüşdə həmsədr ölkələrin xüsusi elçiləri iştirak edəcəklər - axı onlar görüşün təşkilatçısı qismində çıxış edirlər. Bəs, bu elçilər kimələrdir? Rusiya, Fransa və ABŞ diplomatları. O da bəllidir ki, bu dövlətlərin hər üçü indiyə qədər ermənipərəst mövqedən çıxış edib və indi də bu mövqedən çəkinməyiblər.

Bundan əlavə, görüşdə Rusiya, Fransa və ABŞ-ın diplomatiya idərələri başçılarının da iştirak edəcəyi xəbər verilib.

Bəs, bunlar kimlərdir?

Başlayaq Rusiyadan. Artıq hamıya məlumdur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov əslində, soyadı dəyişdirilmiş Kələntərov (bəlkə də Kələntaryan!) soyadlı ermənidir! Lavrovun özü bunu belə ifadə edib: «Damarlarımda erməni qanı axır». Belədə, məntiqi sual yaranır: Damarlarında erməni qanı axan birisi bu məsələdə heç olmasa, neytral mövqedən çıxış edə bilərmi? Əlbəttə ki, YOX!

Sırada ikinci Fransa gəlir. Bu ölkənin tarixən ermənilərlə sıx dostluq əlaqələrinə malik olması heç kimə sirr deyl. Fransa rəsmiləri bunu heç inkar da etmirlər. Məsələn, KİV-in yaydığı məlumata görə, hələ ötən əsrin 90-cı illərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyev Fransaya səfəri zamanı Qarabağın tarixi və münaqişənin yaranma səbəbləri barədə Fransa prezidenti Fransua Mitterana ətraflı məlumat verərkən, Mitteran gülümsəyərək, ona belə cavab verib: «Mən bunların hamısını bilirəm. Amma biz 200 ildən artıqdır ki, ermənilərlə dostluq edirik...». Belə bir ölkə və onun baş diplomatı Qarabağ münaqişəsinin həlli məsələsində heç olmasa, neytral mövqe sərgiləyə bilərmi?

Əlbəttə ki, YOX!

Növbədə ABŞ-dır. KİV-in yaydığı bir məlumatda deyilir ki, hələ Qorbaçov hakimiyyəti dönəmində - SSRİ-nin mövcudluğunun son illərində - Qarabağda separatizmin baş qaldırdığı ilk günlərdə ABŞ-ın indiki dövlət katibi Con Kerri də Qorbaçova ünvanlı məlum məktubu imzalayanlar sırasında olub. Məktuda Qorbaçovdan xahiş olunurdu ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına imkan verməsin! İndi özünüz düşünün, o illərdə rəsmi şəxs olmayan Kerri indi ABŞ-ın baş diplomatı kreslosunda oturduğu bir vaxtda Qarabağ münaqişəsinin həlli məsələsində heç olmasa, neytral mövqedən çıxış edə bilərmi - buna inanan olarmı? Əlbəttə ki, YOX!

İndi isə gəlin düşünək - belə bir əhatədə aparılan danışıqlar obyektiv (ədalətli) ola bilərmi? Diqqət yetirin - görüşdə Azərbaycan prezidenti kimlərin əhatəsində olacaq? İki erməninin (Sərkisyan və Lavrov-Kələntəryan) və 5 ermənipərəstin! Buna, «opponentin təklənməsi» deyərlər...

Bütün bunları saf-çürük etdikcə, qanım coşdu və bu sətirləri yazmaya bilmədim. Bir vətənpərvər Azərbaycan insanı mövqeyindən çıxış edərək, Azərbaycan dövlətinin başçısı İlham Əliyevə aşağıdakı ismarıcı göndərməyi özümə borc bildim: Cənab prezident, məlum əhatədə özünüzü təklənmiş sanmayın - bütöv Azərbaycanın, bütün türk dünyasının əli sizin kürəyinizdədir!

Ulu Tanrı zəkanıza qüvvət versin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar