"APREL DÖYÜŞLƏRİNDƏ 800 HEKTAR ƏRAZİ İTİRDİK..." - Sarkisyandan etiraf

Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi zamanı Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zonasında 800 hektar itirib, lakin vacib olan insanları qorumaq idi və yekunda erməni hərbçiləri bu tapşırığın öhdəsindən gəldilər.

Bunu Vyana danışıqlarından qayıdarkən təyyarədə erməni jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Lakin o əlavə edib ki, bu ərazilər strateji və taktiki baxımdan əhəmiyyət daşımırdı:

“Təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər. Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər”.

Ermənistan prezidenti deyib ki, bu əraziləri geri qaytarmaqdan ötrü 30-40, yaxud 80 "patriotu" qurban verməyə dəyməzdi.

Bununla yanaşı Sarkisyan qeyd edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatlara başlamaqda ittiham edib. O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin araşdırılması üzrə mexanizmlərin tətbiqi haqqında təkliflə razılaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar