Türkiyədə  "Youtube"a giriş qadağan edildi

Türkiyə Telekommunikasiya Nazirliyində "Youtube"a girişin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib

Türkiyədə Youtube internet saytına giriş qadağan edilib.

Bu gün internetə yerləşdirilən və Türkiyənin 4 yüksək vəzifəli şəxsinin Suriya ilə bağlı yer aldığı səs yazısından sonra "Youtube"a giriş bağlanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Telekommunikasiya Nazirliyində (TTN) "Youtube"a girişin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, 3G internetə girişi təmin edən GSM operatorları TTNET və Superonline kimi İSP şirkətlərinə tapşırılıb. Yəni Türkiyədə istər mobil telefonlar, istərsə də kompüterlər vasitəsilə "Youtube"a giriş qadağan edilib.

TTN qərarın mərhələ-mərhələ həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün internetə Türkiyənin 4 yüksək vəzifəli şəxsinin Suriya ilə bağlı səs yazısı yerləşdirilib.

Audio yazıda xarici işlər naziri Əhməd Davudoğlunun, ordu generalı Yaşar Gülərin, Türkiyə Dövlət Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın və xarici işlər nazirliyinin müşaviri Feridun Sınırlıoğlunun adı yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar