PUSQUDAKI DYP ƏMƏKDAŞINI BELƏ RƏZİL ETDİLƏR - "Burda rüşvət yığır..." (VİDEO) 

«Haqsız yerə saxlayıb ya rüşvət alır, ya da, əsassız yerə cərimə yazır»

Sosial şəbəkələrdə Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Mehdi Səlimovun videosu yayılıb.

Avtosfer.az-ın məlumatına görə, videonu yayanlar iddia edir ki, Mehdi Səlimov Nərimanov rayonu, Yusif Hacıbəyli küçəsində ağaclıqda dayanaraq, gəlib-gedənləri haqsız yerə saxlayıb ya rüşvət alır, ya da ki, əsassız yerə cərimə yazır: «O deyir ki, hec kim mənə həçnə edə bilməz, rüşvətdən hər kəsə pay verirəm».

Maraqlıdır ki, çəkiliş aparılan zaman bir neçə adam ora yaxınlaşır və yol polisini ittiham etməyə başlayırlar. DYP əməkdaşı isə, belə ağır cinayət ittihamı qarşısında ciddiyyətsiz görkəm alaraq, avtomobilinə oturub aradan çıxır. Şübhəsiz ki, bu hal onun günahkar olmasından xəbər verir. Əks halda DYP əməkdaşı qaçmaq əvəzinə onun xidməti fəaliyyətini əngəlləyən insanlara qarşı qanuni tədbir görməli idi.

DYP əməkdaşının rəzil halının videosunu təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar