Ərdoğana qoşulan “Dombıra” izlənmə rekordu qırır- VİDEO

Türkiyədə keçiriləcək 30 mart bələdiyyə seçkiləri öncəsi hakim AKP xalqın səsini qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Belə vasitələrdən biri də Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana qoşulan mahnının dövriyyəyə buraxılmasıdır.

Modern.az-ın xəbərinə görə, söhbət xalq musiqisi sənətçisi və ozanı, milliyətcə Noqay türkü Arslanbek Sultanbekovun məşhur “Dombıra” mahnısından gedir. Bütün Türk dünyasına öz damğasını vurmuş bu mahnının sözləri Rəcəb Tayyib Ərdoğanın şərəfinə dəyişdirilərək, sosial şəbəkələrdə yerləşdirilməklə yanaşı, telekanallarda da səsləndirilməkdədir.

Yeri gəlmişkən, məşhur türküçü Uğur İşılakın ifa etdiyi mahnı YouTube-da sürətlə dinləyici sayını artırmaqdadır.

Qeyd edək ki, martın 25-də İstanbulda keçirilən 2 milyon nəfərlik mitinqdə Ərdoğan mahnının bəstəkarı Arslanbek Sultanbekovu səhnəyə çıxarıb, onunla əl-ələ verərək xalqı salamlamışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar