Bakıya uçan təyyarə qəzaya uğradı: ölənlər var + VİDEO (YENİLƏNİB)

Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.

APA-nın “mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.

* * *

Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir”-, deyə qeyd edilib.

 Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

------------

Əfqanıstandan Bakıya uçan təyyarə qəzaya uğrayıb. ANS PRESS-ə daxil olan məlumata görə, bu mülki təyyarədir. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub. Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ANS PRESS-in sorğusuna cavab verib.

Bildirilir ki, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer havalimanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

_________

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarəsi qəzaya uğrayıb.Təyyarə pilotlarının yaxınlarının "Report"a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.

Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar