"Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparacaq" - ​ABŞ Dövlət Departamenti

Amos_HochsteinCənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya nəql olunacaq Azərbaycan qazı orada Rusiya mavi yanacağı ilə rəqabət aparacaq.

"Report" xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə əlaqələndiricisi və xüsusi elçisi Amos Hoçsteyn "İnterfax"a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ hesab edir ki, dünyanın hansısa hissəsi yeganə tədarükçünün hər hansı bir resursundan asılı olmamalıdır.

"Bəli, bizim Cənubi Amerikada bilavasitə qonşularımız arasında elə ölkələr var ki, bir tədarükçünün yanacağından asılıdırlar və biz onlara şaxələndirmədə kömək etmək istəyirik. Avropaya gəldikdə isə, biz istərdik ki, o, Rusiyanın enerji ehtiyatlarını almaqda davam etsin. Rusiya Avropa üçün mühüm tədarükçüdür, lakin o, bazarda yeganə tədarükçü ola bilməz. Bu, nə Rusiya üçün, nə də Avropa ölkələri üçün faydalı deyil. 100 faiz bir tədarükçüdən asılılıq isə istər kommersiya və iqtisadi baxımdan, istərsə də siyasi nöqteyi nəzərdən yaxşı ideya deyil. Odur ki, biz nəql yollarını şaxələndirmək, rəqabət yaratmaq, müxtəlif qaz mənbələri arasında raqabət yarada biləcək infrastruktur yaratmaq üçün Avropa ilə işləyirik", - deyə ABŞ rəsmisi bildirib.

Amos Hoçsteyn ardınca qazın bütün həcmini Rusiydan alan Bolqarıstan və Serbiyanı misal gətirib:

"Bir nümunə gətirim. Bolqarıstan və ya Serbiya qazın 100 faizini Rusiyadan alır, biz isə təkcə Rusiya qazının deyil, başqa mənbələrdən olan mavi yanacağın iştirakını nəzərdə tutan rəqabət görmək istərdik. Məsələn, Azərbaycan qazının. Və Azərbaycandan olan bu boru kəməri qazı rusiyanınkı ilə rəqabət aparacaq".

Jurnalistin "nə üçün ABŞ Azərbaycan qazının "Cənub dəhlizi" (TANAP) vasitəsi ilə Avropaya nəqli layihələrini dəstəkləyir?" sualına Hoçsteyn belə cavab verib:

"Transanadolu qaz kəməri, yəni "Cənub dəhlizi" Avropaya, onun əvvəllər çıxışının olmadığı qazı çatdırmaq imkanı verir. Belə olan halda, yeni mənbələrdən yeni qazın ortaya çıxması ilə rəqabət yaranır. Bununla yanaşı, bu, təkcə yeni qaz mənbəyi deyil, həm də başqa tədarük marşrutudur. Odur ki, bu layihə şaxələndirmənin mühüm hissəsidir. Halbuki "Şimal axını - 2" həmin qazı həmin tədarükçüyə göndərir, sadəcə Ukrayna ərazisindən deyil, Almaniyadan keçməklə və onun gördüyü iş bundan ibarətdir. "Cənub dəhlizi" ilə isə qaz Avropaya Azərbaycandan, ola bilsin ki, gələcəkdə Türkmənistandan gedəcək. Yəni Avropaya yeni enerji mənbələri gələcək. Məhz buna görə mən həmişə deyirəm ki, Transanadolu qaz kəməri Türkiyədən çıxıb Yunanıstana getdikdə Transadriatik qaz kəməri olacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar