PUTİN KORRUPSİYADAN NECƏ QİDALANIR? – “O, korrupsiya sisteminin düz mərkəzində dayanır”

Bu yaxınlarda dərc olunan Panama sənədləri gündəmə bir sıra vacib məsələləri daşıyıb. Məsələn: ”Avtoritar rejimlər üçün hansı daha yaxşıdır - korrupsiya ilə mübarizə aparmaq, yoxsa korrupsiya ilə birlikdə yürümək?” Korrupsiya ilə əlaqədar Çinin prezidenti Si Çzinpin və Rusiya prezidenti Vladimir Putin bizə tamamilə müxtəlif cavablar verirlər.

2012-ci ildə prezident Si Çzinpin korrupsiyanı Çin kommunist hakimiyyəti üçün mövcud təhlükə adlandırıb. O, Kommunist Partiyasının içərisində ”pələnglər və milçəklər” bölgüsünü apararaq, partiya aparatı və hökumət bürokratiyasındakı korrupsiyalaşmış məmurlar arasında iri miqyaslı təmizləmə aparmağa başladı.

Keçən il Çində korrupsiyaya bulaşmış 100 nəfər yüksək vəzifəli məmur həbs edilib ki, bunların arasında bir neçə dövlət şirkətinin rəhbəri, ordu zabitləri və dörd nəfər böyük vəzifəli siyasətçi də var.

Rejimin tənqidçiləri prezident Si Çzinpini bu cür kampaniyanı öz rəqiblərini sıradan çıxarmaq məqsədi üçün istifadə etməkdə günahlandırırlar. Amma buna baxmayaraq, antikorrupsiya kampaniyası ölkədə çox populyardır və bir neçə müstəqil analitik etiraf edir ki, belə kampaniyanın həyata keçirilməsi, neft sektoru kimi sahələrin qismən özəlləşdirilməsində islahatların aparılmasını xeyli aktivləşdirib.

Prezident Putin heç olmazsa, ritorik formada Si Çzinpindən nümunə götürə bilərdi. Çünki onun hakimiyyətdə olduğu 17 il ərzində korrupsiyada ittiham olunan bir nəfər də olsun “pələng” (cənab Si-nin terminolgiyasından istifadə edərək) vəzifəsindən azad edilməyib. Bu illər ərzində yalnız bir neçə “milçək” işdən götürülüb.

Bəs, nəyə görə Vladimir Putin özünün müharibəyə girişməyə hazır olduğunu göstərdiyi bir halda, korrupsiyaya qarşı əsl müharibəyə başlamaq istəmir? Axı, hətta, Si Çzinpin antikorrupsiya kampaniyasının xalq içərisində nə qədər populyar olduğunu aşkarlayıb.

Rusiyada korrupsiyanın cüzi olmasını yalnız axmaq iddia edə bilər. Bu yaxınlarda Moskvanın müstəqil “Levada-Mərkəz” analitik araşdırma mərəzində həyata keçirilmiş rəy sorğusu göstərib ki, rusiyalıların əksəriyyəti hesab edir ki, dövlət məmurlarının korrupsiyaya bulaşması ifrat yüksəkdir. Rusiya kinofilmlərində və romanlarında rüşvət alan çoxsaylı məmur personajlar var.

Onda görəsən Kreml korrupsiyanın azaldılması sayəsində, aşağı düşən neft qiymətlələrinin ölkəyə vurduğu zərərləri kompensasiya edə biləcəyi halda, nə üçün antikorrupsiya tədbirlərinə əl atmaq istəmir?

Qərbdə yayılmış izaha görə, Putinin özü hədsiz korrupsiyalaşıb və Rusiyadakı korrupsiya sisteminin düz mərkəzində dayanır. Bəlkə də bu belədir. Ancaq Putinin korrupsiya ilə mübarizə aparmaq arzusunun olmamasının səbəbləri daha mürəkkəbdir.

Bir tərəfdən Putin üçün məmurların korrupsiyada ittiham edilməsi, elita içərisində gedən müharibədə “çirkli” bomba hesab edilməlidir ki, bu da öz növbəsində dolayı yolla onun özünə qarşı çevrilə biləcək ciddi zərbədir.

Araşdırmalar göstərir ki, korrupsiyadan daha çox əhalinin yoxsul təbəqəsinin əziyyət çəkməsinə baxmayaraq, korrupsiya ilk növbədə orta sinfi daha çox narahat edir. Müasir Rusiyanın orta sinfi isə, əsas etibarı ilə, elə məhz həmin rüşvətxor məmurlardan ibarətdir. Korrupsiyaya qarşı kampaniya isə onların özünə qarşı aparılmalıdır.

Digər tərəfdən isə siyasətdə korrupsiyanın səviyyəsi deyil, insanların öz ölkəsinin nə dərəcədə korrupsiyalaşmasını anlaması önəm daşıyır. Çox vaxt bu iki faktor bir-biriylə bağlı olmur. Ölkə xaricindəki qələbə gətirən müharibələr, insanların öz vətənlərindəki korrupsiyadan narazılığını azaldan real təsirli bir vasitədir. Bu cür korelyasiya, səbəb-nəticə əlaqələrini sübut etməsə də, amma Krımın ilhaqı zamanı ölkədə korrupsiyanın yüksək həddə olduğunu bildirən rusiyalıların sayı 50%-dən 30 %-dək azalmışdı.

Maraqlısı odur ki, korrupsiya öz-özlüyündə Putini yalnız bir planda narahat edir. Həmin narahatlıq, korrupsiya faktlarının Rusiyanın xarici düşmənləri tərəfindən ona qarşı bir silah kimi istifadə oluna biləcəyidir. Kremli rusiyalı məmurların korrupsiyalaşması yox, onların Qərb tərəfindən təzyiqlərə qarşı kövrək vəziyyətdə olmaları narahat edir. Çünki onların (həmçinin övladlarının) oğurladıqları vəsaitlər Qərbdə yerləşdirilib.

Məlumdur ki, korrupsiya elitanı birləşdirir və həmçinin də onları tərəfdaş edir. Bu mənada Qərbin gizli offşor hesablarda qayda-qanun yaratmağa cəhd göstərməsindən, Moskva çətin ki, məyus olsun. Belə olan halda Kremlin başlıca işi - korrupsiyalaşmış elitanın sıralarında təmizləmə aparmaq deyil, onları milliləşdirməkdir. Rusiya elitasının öz sədaqətini sübut etməsi halında, onun korrupsiyalamağa haqqı çatır.

Burada paradoks ondan ibarətdir ki, Rusiya prezidentinə yaxın olanların şirkətlərinə qarşı tətbiq edilmiş sanksiyalar, korrupsiyaya bulaşmış bəzi oliqarxların reablitasiya olunmasına gətirib çıxarıb. Belə ki, Rusiya təbliğatı onları vətənin fədakar müdafiəçiləri kimi təqdim etməyə başlayıb.

Ümumi yekunda Vladimir Putinin korrupsiyaya qarşı müharibə elan etməməsinin başlıca səbəbi ondan ibarətdir ki, istənilən antikorrupsiya kampaniyası ictimaiyyəti həvəsləndirir və o, dəyişiklər tələb edir. Bu cür mübarizə insanlarda təkcə qəzəb hissi deyil, həm də dəyişikliyə meyl də yaradır.

Elə Kreml də, ən çox məhz bu cür dəyişiklər tələbindən qorxur. Rusiya liderləri (çinlilərdən fərqli) xalqa sabahın daha yaxşı olacağı barəsində vəd vermirlər, onlar sadəcə olaraq deyirlər ki, indikindən pis olmayacaq. Çin liderlərindən fərqli olaraq, onların bunu söyləmək imkanı var, çünki Rusiyanın iqtisadiyyatı kütlənin sahibkarlıq enerjisi hesabına yox, təbii resurslar hesabına inkişaf edir. Ona görə də, Rusiya hakimiyyəti korrupsiyaya qarşı konkret yox, hər yerdə və hər tərəfdə mübarizə apardıqlarını etiraf edirlər. Ancaq hətta ən incə təbliğat da insanları inandıra bilməyib. Buna baxmayaraq, hakimiyyət korrupsiyanın həyat tərzi və təbii bir şey olduğu ideyasını irəliyə sürür. Müəyyən mənada korrupsiya vodkaya (arağa) oxşayır - siz bilirsiniz ki, o, sağlığa zərərlidir, amma Rusiyanı onsuz təsəvvür etmək də mümkün deyil.

“The New-York Times”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar