“MÜHARİBƏ OLSA, ABŞ RUSİYAYA MƏĞLUB OLAR” – “Stratfor” rəhbərindən sensasiyalı proqnoz

“Ukrayna Rusiyanın üstünlüyü olan döyüş sahəsidir”

ABŞ-ın məşhur “Stratfor” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridman Rusiya-Ukrayna qarşıdurması, ehtimal olunan Rusiya-ABŞ müharibəsi və Azərbaycanın bu proseslərdəki mümkün rolu barəsində maraqlı analitik məqalə yazıb. AzPolitika.info “Estoniyadan Azərbaycanadək: Ukraynadan sonrakı amerikan strategiyası” adlı məqalənin tərcüməsini (ixtisarla) təqdim edir.

RUSİYA VƏ ABŞ-ın MÖVQEYİ

Keçən həftə mən Rusiyanın fəaliyyət variantları barəsində yazmışdım. Putin elə bir vəziyyətə düşüb ki, o, öz daxili avtoritetini və hakimiyyətini inamla saxlamaq üçün hadisələri kəskin dəyişdirmək yolunda qətiyyətli hərəkət etməlidir. Zamanla bu Ukraynanın daxili ziddiyyətlərini də əhatə edə bilər. Ancaq Ukraynanın şərq vilayətlərinə birbaşa müdaxilə sadəcə olaraq Kiyevdə Rusiya əleyhinə fəaliyyəti gücləndirə bilər ki, bunun da nə ilə nəticələnəcəyi bəlli olmayan beynəlxalq reaksiyaya gətirib çıxarar. Nəticədə isə hamı yaxşı başa düşəcək ki, əgər əvvəllər ruslar bütün Ukraynada hökmran mövqedə idisə, indi artıq onlar Ukraynanın yarısından da az olan ərazini əldə edirlər. Belə olan halda bu variant və digər qısa zamanlı məsələlər Rusiyanın çətin vəziyyətdən çıxmasına kömək etməz.

Putinin Ukraynada nə etməsindən asılı olmayaraq, onun seçim imkanı var.

Birincisi, Putinin sadəcə olaraq, baş verən dəyişikliklə barışmasıdır. Ancaq mən deyərdim ki, belə variantla o razılaşmayacaq.

İkincisi, o, qərb tərəfdən Pribaltika, Moldova və ya Qafqazda sürətli diplomatik və siyasi qələbə əldə etmək imkanları qazandıracaq fəaliyyət addımları ata bilər. Həmçinin Estoniya – Azərbaycan oxu üzrə ikitərəfli əlaqələri inkişaf etdirər. Beləliklə soyuq müharibə dövründə pis işləməyən və avropalıların müstəqil həyata keçirə bilməyəcəkləri amerikanların təmkinli davranmaq strategiyasına məneçilik törədər. Hər şey amerikanlarla bağlanılır. Birləşmiş Ştatlar cavabdehlikdən və özünütəcriddən imtina etmək arzusundan vaz keçmədən dolayı yollarla təsir və iştirak strategiyası hazırlayıblar. 1989-2008-ci illərdəki amerikan strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tuturdu. ABŞ öz hərbi gücünün ustünlüyündən Panama, Somali, Kosova, Əfqanıstan və İraqda birbaşa istifadə edirdi. Ancaq 1914-1989-cu illərdəki amerikan strategiyası fərqli idi. O dövrdəki amerikan strategiyası müttəfiqlərinə siyasi yardımla bərabər iqtisadı, hərbi təchizat, məsləhətçilərin və məhdud sayda hərbi kontingentin göndərilməsini nəzərdə tuturdu. ABŞ özünün əsas gücünü müttəfiqlərinin potensial hegemon qarşısında duruş gətirə bilməyəcəyi vaxta qədər rezervdə saxlayırdı (1917 və 1942-ci illərdə və az miqdarda isə Koreya, Vyetnamda). Əsas güclər isə sonuncu instansiya üçün lazım olub. Bu qüvvələr balansının saxlanılması strategiyası və SSRİ-nin dayandırılması yolunda Sovet hücumuna məruz qala biləcək ölkələlərdən ibarət alyans yaradılması sistemi idi. Şimali Atlantika alyansı Sovetləri riskli addımlar atmaqdan çəkindirirdi. Bu gün Rusya Federasiyası Sovet İttifaqının ən yaxşı illərindəkindən qat-qat zəifdir. Amma ümümi cografi prinsip regionda əvvəlki kimi qalırsa qüvvələr balansında hansısa yeni vəziyyət yarana bilər. 1945-1989-cu illərdəki təmkinli davranma siyasətinə analoji olaraq indiki halda iqtisadi və maliyyə imkanlarının hesablanması durur ki, bu da Rusiyanın hegemon dövlətə çevrilməsinin qarşısını alacaq.

ALYANS ƏMƏLƏ GƏLMƏSİNƏ APARAN YOL

ABŞ-ın Ukraynaya birbaşa hərbi intervensiyası mümkün deyil. Əvvəla ona görə ki, Ukrayna böyük ölkədir və ABŞ-ın onu lazımı qədər qorumaq üçün qüvvəsi çatmaz və buna xeyli vaxt gedər. Nəhayət isə bu cür intervensiya bütün Qərbi və Qara dəniz perimetrini əhatə etmədən və güclü alyanssız müşküldür. ABŞ Ukraynanı iqtisadi və siyasi yardımla təmin edə bilər, ancaq Ukrayna sərbəst şəkildə Rusiyaya qarşı güc qoymaq iqtidarında deyil. Ona görə də ABŞ öz hərbi qüvvələrindən istifadəyə gətirə biləcək qədər eskalasiyaya yol verə bilməz. Ukrayna Rusiyanın üstünlüyü olan döyüş sahəsidir ki, belə vəziyyətdə ABŞ məğlub olar. Əgər ABŞ hərbi komponentdən istifadə etməklə Rusiya ilə qarşıdurmaya getməyə qərar verərsə, bunun üçün ona rus güclərinin daha geniş sahəyə səpələnməsindən ötrü stabil perimetr lazım olacaq. Belə strategiya üçün ideal mexanizm Azərbaycan və Gürcüstanı çıxmaq şərti ilə, bütün mühüm ölkələrin daxil olduğu NATO alyansıdır. Ancaq problem ondadır ki, NATO qeyri effektiv alyansdır. O, indiki qarşıdurma xəttindən xeyli qərb tərəfdə soyuq müharibə aparmaq üçün yaradılmışdı. Bundan əlavə isə əvvəl SSRİ-nin Qərbi Avropa üçün təhlükə olması fikri yekdil idi. İndi həmin yekdillik yoxdur. Müxtəlif ölkələrin Rusiya haqqında müxtəlif fikirləri var. Bir çoxları üçün soyuq müharibənin təkrarı rusların Ukraynadakı hərəkətləri qarşısında kompromis və barışıqdan da pisdir. Başqa tərəfdən isə soyuq müharibənin qurtarması ilə Avropada orduların masştablı şəkildə ixtisarı gedib. NATO–nun qəfildən və birdən-birə qüvvə toplamağa sadəcə gücü çatmaz. Finans böhranı və digər səbəblərə görə bu baş verməyəcək. 1945-1989-cu illər arasında təhlükəyə məruz qalan ölkələr bu günkü təhükə ilə üzləşən ölkələrlə eyni vəziyyətdə deyil. Onda onların çoxu SSRİ-nin tərkibində, digərləri isə onun satellitləri idi. Alyansın köhnə sistemi belə konfrantasiya ilə mübarizə aparmağa uyğun gəlmir. Estoniya –Azərbaycan xətti üstündə yerləşən dövlətlər ən əvvəl öz suverenliklərinin qorunması marağındadırlar. Qalan Avropa təhlükəsiz vəziyyətdədir və onlar maliyyə imkanları və hərbi vasitələrlə problemin həll olunmasına hazır görünmürlər. Ona görə də Amerika istənilən starategiyasını həyata keçirməkdən ötrü NATO-dan yan keçməklə regionda qayda yaratmaq istiqamətində yeni stuktur formalaşdıracaq.

ALYANSIN XARAKTERİ

Hər bir iştirakçı ölkə özünəməxsusdur və buna müvafiq də münasibət tələb edir. Ancaq bu ölkələr ümumi təhlükə ilə üzləşiblər. Ona görə ki, Ukraynadakı hadisə yayılaraq birbaşa onların milli maraqlarına toxuna və həmçinin daxili stabilliklərinə sirayət edə bilər. Mən artıq qeyd etmişəm ki, öz məğlubiyyətlərinin əvəzini çıxmağa çalışan ruslar üçün bu regionlar - Pribaltika, Moldova və Qafqaz əsas hədəf sayılır. Bu səbəbdən də mühümlüyü baxımından Polşa, Rumınya və Azərbaycan qurulacaq yeni alyansın həmin yeni postları olmalıdır. Alyansın uzaqdakı şərq nöqtəsində Rusiya və İranla sərhəddi olan Xəzər dənizində yerləşən Azərbaycan dayanır. Əgər Dağıstan və Çeçenistanda stabillik pozularsa, əsasən şiə müsəlmanların yaşadığı, lakin dünyəvi idarəetməyə malik olan Azərbaycan cihadizmin yayılmasının qarşısının alınması istiqamətində mühüm ölkə ola bilər. Azərbaycan Gürcüstana kömək etmək vasitəsilə alyansın Qara dənizdəki mövqeynə yardım edər. Digər yandan isə əgər Qərblə İranın əlaqələri yaxşılaşarsa, münasibətlərin qurulması yolunda Azərbaycan körpü rolunu oynayacaq. Ərazisində rus ordusu ilə uzunmüddətli razılıq müqaviləsi imzalayan ruspərəst Ermənistan Dağlıq Qarabağda Azərbaycanla gərginliyi artıra bilər. Əvvəl bütün bunlar ABŞ üçün bir o qədər də aktual deyildi. İndi ayrı vəziyyətdir. Gürcüstan və onun Qara dənizdəki portlarının təhlükəsizliyi Azərbaycanın alyansa daxil olmasını tələb edir. Azərbaycan daha mühüm məsələlərə də xidmət edə bilər. Alyansa daxil olan xeyli ölkə Rusiyadan enerji daşıyıcıları idxal edir. Məsələn, Polşa öz enerjisinin 91%, Macarıstan isə 86% Rusiyadan gələn resurslar hesabına ödəyir. Yaxın zamanlarda bu problemin həll edilməsi mümkün olmayacq. Həmin ölkələr enerji resurslarına necə ehtiyac duyursa, Rusiyanın da onlardan gələn gəlirlərə bir o qədər ehtiyacı vardır.

Avropada çıxacaq slans qaz yataqlarının işlənilib hazır olması və ABŞ-dan enerji idxal edilməsi uzaq perespektivə aid olan məsələdir. Orta müddətli perespektiv problemin həll edilməsi qaz kəmərinin tikintisindən asılıdır. Amma Rusiya keçmişdə Azərbaycan qazının Avropaya daşınmasının qarşısını almışdı. Bu kommersiyaya aid problem olmasına baxmayaraq, artıq mühüm strateji məsələyə çevrilir. Əsasını Azərbaycanın təşkil etdiyi Xəzər regionu enerji daşınması planında Rusiyaya qarşı yeganə ciddi alternativdir. Avropanın mərkəzinə sürətlə çəkiləcək qaz kəməri necə mühüm sayılırsa, özünü müdafiə etmək üçün hərbi texnika ilə təchiz olunmaq da Azərbaycan üçün bir o qədər vacib sayılır (O, bu texnikanın pulunu ödəməyə hazırdır və digər müttəfiqlərdən fərqli olaraq maliyyəyə də ehtiyac duymur).

Tərcümə etdi: V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar