“Kılıçdaroğlunun da ifadəsi alınacaq”-Taner Yıldız

Türkiyənin enerji naziri CHP liderinin son səs yazısından əvvəlcdən xəbərdar olmasına diqqət çəkdi

Türkiyənin enerji naziri Taner Yıldız qatıldığı televiziya proqramlarından birində Suriya ilə bağlı məxfi müzakirənin səs yazısının yayılması məsələsinə toxunub. Nazir bildirib ki, bu xüsusda CHP lideri Kamal Kılıçdaroğlunun da ifadəsi alınacaq.

“Partiyaların seçki meydanında bir-birinin lehinə və əleyhinə danışdıqları bütün mövzulardan, çıxışlardan daha müstəqil, bir partiyanın deyil, dövlətin təhlükəsizliyi ilə bağlı mövzu açılıb. Bununla bağlı bütün partiyaların təkvücud olması lazımdır. Bu dinləməni kimlər həyata keçiribsə, onlarla dövlətin dili ilə danışılmalıdır.

Bir sual da var. Hörmətli Kılıçdaroğlu bunu bilirdi. Kimlərdən, hardan almışdı, şübhəsiz, özü bilir. Onun da ifadəsinə mütləq baş vurulacaq. Zənnimcə, o da bu məlumatı kimlərdən aldığını açıqlayacaq...

Madam ki, bu qədər milli təhlükəsizliyimizə aid olan bir xüsus var, nəyə görə bunları gərəkli məqamlara bildirmirsən? Bir partiya qayğısı ilə yox, millətimizin təhlükəsizliyini düşünən birisi olaraq hərəkət etsəydiniz, bunu baş nazirlə paylaşardınız.

Bu baxımdan hadisəni 3-4 yöndən incələmək lazımdır”, - deyə Taner Yıldız bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar