Ramiz Mehdiyev Qroznıda səfərdədir

ramiz mAzərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Çeçenistanın səhiyyə naziri, milliyyətcə azərbaycanlı Elxan Süleymanov "İnstagram" səhifəsində məlumat yayıb.

Çeçenistanın başçısı Ramzan Kadırov isə sosial şəbəkədəki səhifəsində Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısının keçirildiyini yazıb. O, toplantıda 70-dən çox ölkə nümayəndəsinin iştirak edəcəyini qeyd edib.

R. Kadırov Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısında ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, miqrasiya prosesləri və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib.

Toplantıda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, Rəşid Nurqaliyev, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev, Azərbaycan Prezident Administrasiyasının sədr müavini Fuad Ələsgərov, Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov və digərləri iştirak edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar