Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb

Gürcüstanın Vaziani poliqonunda "Noble Partner-2016" adlı birgə Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, son təlimlərdə Gürcüstan müdafiə naziri,Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ABŞ və NATO-nun yüksək çinli məmurları, ABŞ, Böyük Britaniyanın sərfirləri, Gürcüstan prezidentinin məsləhətçisi iştirak ediblər.

Sonda təlim iştirakçıları mükafatlandırılıb.

Qeyd edək ki, "Noble Partner 2016" təlimləri artıq ikinci dəfədir keçirilir. Məqsəd gürcü hərbi birləşmələrinin NATO standartlarına uyğun hazırlıq səviyyəsinin yüksəldilməsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar