"Türkiyə Avropadan ianə yox, dürüstlük gözləyir"

erdogan-yeni1Avropa İttifaqının Türkiyəyə söz verdiyi 3 milyard avro hələ də verilməyib.Virtualaz.org-un İTAR TASS-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mayın 24-də İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Təəssüf ki, Aİ-nin söz verdiyi vəsaitlər Türkiyəyə hələ də verilməyib. Lakin onlar bildirmişdilər ki, iyul ayına qədər 1 milyard avro göndəriləcək. Bu pullar bizə yox, qaçqın düşərgələrinə, ehtiyacı olanlara kömək edəcək", - o deyib.

Ərdoğanın sözlərinə görə, "Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar