"Traktor Sazi" Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb

Təbriz klubu BƏƏ-nin Əl-Nəsr komandasına yenilib

Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Təbriz təmsilçisi BƏƏ-nin "Əl-Nəsr" komandası ilə cavab görüşündə lazımi nəticəni əldə edə bilməyib.

İlk görüşün revanşında (1:4) "Traktor Sazi" 3 fərqi tam aradan qaldırmağı bacarmayıb - 3:1. Qalib komandanın heyətində Fərzad Hatəmi 47 və 73-cü, Məhəmməd İranpuryan 61-cı dəqiqədə fərqlənib. "Əl-Nəsr"dən isə yeganə qolu 16-cı dəqiqədə Salem Saleh vurub.

Qeyd edək ki, Təbrizdə keçirilmiş qarşılaşmanı 68 minədək tamaşaçı izləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar