Avtobuslar və yük avtomobillərindən oğurluq edən şəxs tutuldu

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməliyyatçıları yük avtomobillərindən və avtobuslardan akkumulyatorlar və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Musavat.com xəbər verir ki, Hövsan qəsəbəsində “Şüşəli bazar” adlandırılan ərazidə dayanan avtobusların üzərindən starterlər və akkumulyatorların oğurlanması barədə 30-cu Polis Bölməsinə məlumat daxil olub.

İşin istintaqını aparan Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Raqif Rəhimovun sözlərinə görə, yük avtomobilləri və avtobuslardan ehtiyat hissələrinin sökülərək oğurlanması barədə məlumat Binə qədəbəsindən də daxil olub. Pusqu qiran əməliyyatçılar oğrunu Hövsan qəsəbəsində avtobusun starterini sökərkən yaxalayıblar.

Yaxalanaraq istintaqa təhvil verilən 30 yaşlı Vüqar Əliyevin sözlərinə görə, ilk oğurluğu Binə qəsəbəsində “KamAZ” markalı yük maşınından edib. O, oğurladığı akkumulyatoru 80 manata satıb. Bundan sonra Vüqar Əliyev fəaliyyət ərazisini Hövsan qəsəbəsinə dəyişib. Onun bu dəfəki hədəfi “Şüşəli bazar” adlanan dayanmlş avtobuslar olub.

İki övlad atası olan Vüqar Seyidağa oğlu Əliyevdən oğurluq ehtiyat hissələrini satan alan şəxslər Suraxanı RPİ 30-cu PB-nin əməliyyatçıları müəyyənləşdiriblər. Vətəndaşlar satın aldıqları ehtiyat hissələrinin oğurluq olduğunu bildikdən sonra polisə könüllü təqdim ediblər.

Faktlarla əlaqədar Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar