ABŞ Rusiya ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır

ABŞ Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı Rusiya tərəfi ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqonun nümayəndəsi Mişel Baldansa bildirib.

“Biz hazırda İŞİD-ə qarşı Rusiya ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmırıq”, deyə Baldansa ABŞ və Rusiya nümayəndələrinin bu mövzuya dair məsləhətləşmələrin aparıldığı barədə açıqlamalarını şərh edərkən bildirib.

Qeyd edək ki, Suriya kürdlərinin silahlı birləşmələri ötən gün Rakka şəhərini İŞİD-dən azad olunması əməliyyatına başladıqlarını elan ediblər. Suriya kürdlərinin silahlı birləşmələri addımlarının ABŞ və Rusiya ilə əlaqələndirilməsinə hazır olduqlarını bildiriblər.

“Biz mütəmadi Suriyada atəşkəs rejiminin dəstəklənməsinə dair birgə səyləri Rusiya və digər tərəfdaşlarımızla müzakirə edirik. Bu, yalnız hərbçilər səviyyəsində deyil, həmçinin qurumlararası məsləhətləşmələr şəklində həyata keçirilir”, - deyə Baldansa tərəflərin təmaslarına dair bildirib.

Pentaqon nümayəndəsi ABŞ və Rusiya arasında Suriya üzərində uçuşların təhlükəsizliyinin təmin olunmasına dair imzalanmış anlaşma memorandumunun uğurla icra olunduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar