"MƏHKƏMƏYƏ CIXDIĞIM GÜN ÖZÜMÜ ASACAM" - MTN generalı adından sensasion iddia

Eldar Mahmudovun “vurulmasından” sonra onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı cinayətkar dəstənin üzvlərinin istintaqı davam edir. Gununsesi.info-un əldə etdiyi məlumata görə, həbs olunan MTN rəhbərliyi arasında olan şəxslərdən biri indiyədək istintaqa ifadə verməkdən imtina edib.

Bu, Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevdir. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, istintaqa ifadə verməkdən boyun qaçıran Elçin Quliyev hətta prokurorluğu da şantaj edib. Belə ki, məhkəməyə çıxmayacağını bildirən general özünü öldürəcəyini bəyan edir: “Mən məhkəməyə çıxdığım gün özümü asacam. Məni azad etməlidirlər”. Elçin Quliyev bu tələbi irəli sürməklə azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, bir neçə ay əvvəl Bakı İstintaq Təcridxanasında Elçin Quliyevin müavini İlqar Əliyev özünü asıb. Həmin dövrdə E.Əliyev vəzifədən azad edilsə də, həbs olunmamışdı. İ.Əliyevin müəmmalı ölümündən sonra E.Quliyev həbsə alındı.

Qeyd edək ki, E.Quliyev E.Mahmudov vəzifədən çıxarılandan bir müddət sonra tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Həbsdəki müavinin qəfil ölümündən sonra onun özünü istintaqa çağırıb həbs etdilər. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “MTN işi” üzrə başlanmış cinayət işi üzrə əsas fiqurantlardan biridir. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunub. Ötən il dekabrın 25-də barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət bir daha 4 aylıq uzadılıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar