Cahangir Hacıyevin səhhəti yenidən pisləşdi

cahangir haciyevAzərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Cahangir Hacıyevin səhhəti yenidən pisləşib. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, dünən yenidən C.Hacıyevlə görüşüb: "Səhhəti normal deyil. Onun səhhəti dünən yenidən pisləşib. Həkimlər Cahangir Hacıyevə ilkin yardım göstəriblər. Mütəmadi olaraq ailəsi tərəfindən dərman preparatları ilə təmin olunur. Onun demək olar ki, hər gün vəziyyəti pisləşir".

Xatırladaq ki, Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var.

Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar