​Leyla Yunus və Arif Yunusun məhkəməsi təxirə salınıb

Bu gün Ali Məhkəmədə “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil qeyd edib ki, L.Yunus və A.Yunus xəstəliklərinə görə xaricə getdiklərinə görə məhkəməyə gələ bilməyiblər və proses qeyir-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb. Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Xatırladaq ki, L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlardan qərardan apellyasiya şikayəti veriblər. Bu gün Bakı Apellyasiya Məhkəməsində də onların şikayətini təmin etməyib. Həmin qəradan narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Bu il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar