Savçenko Ukraynaya gətirilib - VİDEO

Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdıb.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi Kiyevin Borispol hava limanına enib.

Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edib.

Xəbərə əsasən, Nadejda Savçenko Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşmək üçün hava limanından birbaşa Prezident sarayına gedəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib. Rusiyalı hərbçilər artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

***

Rusiya KİV-nin yaydığı məlumata görə, Ukraynanın prezidenti Petro Poroşenko, Rusiyada məhkum edilmiş Nadejda Savçenkonu dəyişmək üçün Rovtov (Don üzərində) şəhərinə uçacaq. Bildirilir ki, prezidentin təyyarəsi bir neçə saatdan sonra Rovtov aeroportuna enəcək. Dəyişdirmə prosesi də elə həmin aeroportda həyata keçiriləcək («İnterfaks.ru»).

Xəbərdə deyilir ki, Rusiya vətəndaşları - Ukraynada məhkum edilmiş Yerofeyev və Aleksandrov Savçenko ilə dəyişdirilmək üçün artıq Rostova yola salınıb.

Poroşenko isə Rusiyalı məhkumları - Yerofeyevi və Aleksandrovu əfv etməyə hazır olduğunu bəyan edib.

Savçenkonu müşaiyət edən rusiyalı hüquq-mühafizə orqanları əməkdaşları artıq Rostovdadırlar. Razılaşmaya görə, Ukrayna tərəfi elə oradaca iki məhkumu Rusiya tərəfinə təhvil verəcək.

Amma Savçenkonun müdafiəsi ilə məşğul olan tərəf bu dəyişdirmə məsələsi ilə bağlı məlumatsız olduğunu bildirib.

Kreml də öz növbəsində, bəyan edib ki, Ukrayna prezidentinin təyyarəsinin Rostova uçması barədə məlumata malik deyil.

***

Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.

Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.

* * *

Ukrayna prezidenti Pyotr Poroşenko Rostova gedib. Modern.az xarici mediaya istinadən bildirir ki, onun səfərində məqsəd Ukraynada həbs olunan rusiyalı Yevgeni Yerofeev və Aleksandr Aleksandrovu Rusiyada cəza çəkən ukraynalı təyyarəçi Nadejda Savçenko ilə dəyişdirməkdir.

Ukrayna prezidentinin təyyarəsi yaxın saatda Rostovdakı hava limanına enəcək.

Qeyd edək ki, bu, Poroşenkonun prezident seçiləndən sonra Ruasiyaya ilk səfəridir.

Bakı. 25 may. REPORT.AZ/ Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdıb.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi Kiyevin Borispol hava limanına enib.

Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edib.

Xəbərə əsasən, Nadejda Savçenko Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşmək üçün hava limanından birbaşa Prezident sarayına gedəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib. Rusiyalı hərbçilər artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar