Ukrayna işğal təhlükəsiylə üzləşib: ABŞ narahatdır

Rusiya Ukrayna ilə sərhədə 50 min hərbçi yığıb. Anspress xəbər verir ki, bunu Hərbi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz Facebook səhifəsində yazıb.

O, həmçinin bildirib ki, Rusiya zirehli texnikaları yüklənmiş qatarlar da sərhədə yaxınlaşmaqdadırlar. "10 min - bu sərhədin özündəki hərbçilərin sayıdır. Ukrayna rəsmiləri sərhədboyu 100 min rus hərbçisinin olduğunu, Amerika kəşfiyyatı isə 30 mindən çox rəqəmi desələr də, biz hesab edirik ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbçi var", - deyə Dmitri Tımçuk bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Obama bu gün Putinlə Ukrayna problemlərinin sülh yolu ilə həlli haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Vladimir Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb.

Ağ evdən bildirilib ki, prezident Obama Rusiyanın konkret olaraq diplomatik böhranla bağlı təkliflər hazırlamasını istəyib. Daha sonra prezidentlər razılaşıb ki, Kerri və Lavrov növbəti addımları müzakirə etmək üçün görüşsün.

BMT baş katibi Pan Ki Mun isə Putinin ona "Rusiyanın Ukraynaya qarşı heç bir hərbi müdaxilə niyyəti yoxdur" dediyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar