Somalidə 20 terrorçu zərərsizləşdirilib

ISIL, Al-Qaeda compete for supremacy in global terrorismHərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib

Keniya silahlı qüvvələri Somalidə terrorçu "Aş-Şabab" qruplaşmasının 20-dən çox silahlısını öldürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Afrika İttifaqının missiyası altında Somalidə fəaliyyət göstərən sülhməramlı qüvvələrin nümayəndəsi bildirib.

Məlumata görə, hərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib.

Xəbərə əsasən, terrorçu qruplaşma toqquşma nəticəsində Keniya ordusunun 5 əsgərini öldürdüklərini, 8-ni isə yaraladıqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar