"İcra başçısı və ətrafı 8 saat rayonda, 16 saat kənarda olurlar" - Bərdədən ŞİKAYƏT

Bərdə rayonunun bir qrup ziyalısı tərəfindən Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi "AzPolitika.info"ya göndərilən müraciətdə Bərdə rayon İcra Hakimiyyətinin başçısından və ətrafındam şikayət olunur. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

"Möhtərəm cənab Prezident!

Sizin 03 mart 2011-ci il tarixli sərəncamınızla Vidadi İsayev Bərdə rayon İcra Hakimiyyətinə başçı təyin edilmişdir. Həmin tarixdən bu günədək V.İsayev bir gün də olsun Bərdə şəhərində yaşamamışdır. O cümlədən də 2016-cı ilin aprel ayının 2-dən indiyədək bir gündə olsun rayonda gecələməmişdir. Sutkanın cəmi 8 saatını (iş vaxtını) Bərdədə, qalan 16 saat vaxtını isə rayondan kənarda keçirir.

Çox maraqlıdır ki, cəbhə bölgəsində yerləşən bir rayonun rəhbərinin ailəsinin və özünün rayonda yaşamamasına heç kim reaksiya verməmiş və onun fərqində olmamışdır. Cəbhə bölgəsində yerləşən rayonun icra hakimiyyəti başçısının ailəsinin yerli əhali arasında olmaması, onun tərəfindən rayon əhalisinə hansı münasibətin göstərilməsinin bariz nümunəsidir.

Çirkin və bəd əməllərini həyata keçirmək üçün özü ilə kənardan gətirdiyi kadrları da onun üslubunda işləyirlər.

Belə ki, icra hakimiyyətində mövcud olan 4 şöbədən 3 əsas şöbənin müdirləri: Vətəndaşların müraciəti və sənədlərlə iş şöbəsinin müdiri İsmayılov İskəndər, Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəylərov Zaur və Hüquq şöbəsinin müdiri Bağırov Mürsəl də 8 saatı rayonda, qalan 16 saatı isə Tərtər rayonunda olurlar.

İcra hakimiyyətində məsləhətçi, Salyan rayon sakini, bacısı oğlu Səfərov Natiq, Mənzil İstismar Kontorunun müdiri Pənahov Rauf, Telekommunikasiya Qovşağının müdiri Şirinov Nazim, Loqistik kübrə bazasının müdiri Rüstəmov Sürəddin və başqaları da Bərdə rayonunda yaşamırlar. 8 saat rayonda, 16 saat isə rayondan kənarda olurlar.

Dəfələrlə yuxarı orqanlar qarşısında V.İsayevin etdiyi qanunsuzluqlar, korrupsiya əməlləri, dövlət büdcəsini talaması barədə etdiyimiz müraciətlər də cavabsız və nəticəsiz qalmışdır. Hansı ki, etdiyimiz müraciətləri anonim yox, açıq imzamızla etmişik.

Möhtərəm cənab Prezident!

Ümidimiz göydə Allaha, yerdə Sizədir.

Xahiş edirik bizi bu acgözlərin, ləlöyünlərin əlindən qurtarın".

Müraciət Abbasov Abbas, Həsənov Rüstəm, Baxşəlıyev Şahlar, Əliyev Yusif, Cavanşirov Elşən, Məmişov Fazil, Sadıqov Əli adlı şəxslərin adından ünvanlanıb.

P.S. Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar