Özünü bıçaqladı, cinayəti qardaşının üzərinə atdı

BicaqGəncin psixi problemləri olduğu üzə çıxıb.

Bərdədə müəmmalı bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Xanağalı kənd sakini 1995-ci il təvəllüdlü Elnur Məmməd oğlu Məmmədov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımı tibbi yardım göstərilən xəstə istintaqa ilkin ifadəsində qardaşı 1991-ci il təvəllüdlü Elçin Məmmədov tərəfindən bıçaqlandığını və qardaşının ona xəsarət yetirdikdən sonra ərazidən uzaqlaşdığını bildirib.

Dərhal əməliyyata başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Elçini saxlayıblar. Saxlanan şəxs qardaşına heç bir xəsarət yetirmədiyini bildirib.

Maraqlı məqam isə ondan ibarətdir ki, bıçaqlanan şəxsin ailə üzvləri də istintaqa ilkin ifadələrində xəsarət alan Elnurun psixoloji problemlərinin olduğunu və onun özü-özünə xəsarət yetirdiyini bildiriblər. Kənd sakinləri də Elnur Məmmədovun doğrudan da psixi problemləri olduğunu deyiblər.

Faktı Bərdə polisi əməkdaşları araşdırır.

Ötən gün Samux rayonunda da bıçaqlanma hadisəsi baş verib. Sərkar kəndində 1995-ci il təvəllüdlü Maqadin Musayev aralarında yaranan mübahisə zəminində həmkəndlisi Möhsün Əliquliyev tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.

Hadisəni törədən Möhsün Əliquliyev hadisədən sonra ərazidən qaçsa da polis əməkdaşları onu tutaraq istintaqa təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar