ELDAR MAHMUDOV BƏYLƏR ƏYYUBOVA QARŞI - MTN türk iş adamını necə təhdid edib?

Türkiyəli iş adamı MTN-nin “toruna düşüərək”, Bəylər Eyyubovun qohumunun üzünə durub!

Milli təhlükəsizlik naziri olduğu dönəmlərdə ayri-ayri iş adamlarının varidatına göz dikən Eldar Mahmudov və onun dəstəsi, həm də yüksək vəzifəli məmurlara qarşı da savaş açmışdı. Belə ki, əlində olan inzibati resurslar hesabına ayrı-ayrı məmurları "haqqa" otuzduran MTN rəhbərliyi, gücü çatmadığı adamları isə ölkə başçısından gözündən salmaqla təhdid edirmiş.

Eldar Mahmudovun birbaşa üstünə gedə bilmədiyi, amma gizlin şəkildə mübarizə apardığı adamlardan biri də Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi, general polkovnik Bəylər Eyyubov olub. Gununsesi.info-nun xəbərinə görə, Bəylər Eyyubovun yaxınları ilə bağlı mediaya sızdırılan qalmaqallı xəbərlər də, məhz MTN tərəfindən ortaya atılırmış. Həmçinin, ayrı-ayrı şəxsləri təhdid etdirən Eldar Mahmudov, prezidentə kütləvi şikayətlər təşkil etdirirmiş ki, orada da generalın özü hədəfə gəlirmiş. Bununla da MTN rəhbəri ölkə başçısı ilə Bəylər Əyyubov arasında etimadsızlıq mühiti yaratmağa nail olmaq istəyirmiş.

Gununsesi.info belə faktlardan birini təqdim edir. Eldar Mahmudovun oğlu Anar Mahmudov iş adamlarından birinə külli miqdarda borcu olur. Həmin iş adamı nazir oğlundan pulunu ala bilmədiyinə görə, Bəylər Əyyubovun yaxın qohumlarından olan Məhəmməd İsmayılova müraciət edərək, köməklik istəyir. Öz növbəsində isə Məhəmməd İsmayılov nazir oğlunun biznesini idarə edən Beytulla Hüseynova zəng edərək, Anar Mahmudovun vətəndaşa olan borcunu qaytarmasını xahiş edir. Beytulla Hüseynova telefon zəngindən bir həftə sonra Məhəmməd İsmayılov MTN-nin maskalılarının hücumuna məruz qalaraq, həbs olunur. Həbs olunan zaman elə avtomobildəcə onun belindəki kəmərinin altına “Makarov” tapançası qoyulur.

Bundan başqa MTN Məhəmməd İsmayılovun biznes şəriki olan məşhur türkiyəli iş adamı Mustafa Tayatı onun üzünə qoyur. Belə ki, Mustafa Tayatı Bakıda şəxsi həyatı ilə təhid edən MTN rəhbərliyi, onun intim görüntülərini ictimailəşdirəcəyi, habelə özünün həbs olunacağı hədəsi ilə, Məhəmməd İsmayılovun üzünə qoyur. Bununla da Məhəmməd İsmayılova CM-nin 228-ci “Qanunsuz silah saxlama” maddəsi ilə yanaşı, həm də 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunur. İkinci ittihamda Mustafa Tayat Məhəmməd İsmayılovun guya ondan hədə-qorxu ilə pul tələb etdiyini yazır. Halbuki, Mustafa Tayatla Məhəmməd İsmayılov arasında birgə iş birliyi varmış. Həmçinin, MTN Mustafa Tayatı məcbur edərək, işə heç bir adiyyatı olmayan Bəylər Əyyubovdan Prezidentə sahibkar kimi “şikayət edir”.

Saxta-qurama ittihamlarla aylarla MTN-da saxlanılan Məhəmməd İsmayılovun da cinayət işi Eldar Mahmudov tərəfindən məhkəmə sisteminə yeridilmiş (MTN-nin sabiq müstəntiqidir-red) hakim Novruz Kərimovun icraatına verilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il günahsız yerə həbsxanada yatan Məhəmməd İsmayılov, bu yaxınlarda azadlığa qovuşa bilib.

Xatırlatmaq yerinə düşər ki, ötən il oktyabrın 17-də Eldar Mahmudovun xidməti kabinetindən qara maskalıların əhatəsində Prezident İlham Əliyevin hüzuruna gətirilməsi və ardınca ev dustaqlığında nəzarət altına alınması əməliyyatına general-polkovnik Bəylər Əyyubov rəhbərlik etmişdi...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar