Rusiya Suriyada terrorçuların mövqelərinə zərbələr endirməyi təxirə salıb

Rusiya Müdafiə Nazirliyi bəzi silahlı birləşmələrin mövqeləri ilə “Cəbhat ən-Nüsra” qruplaşması arasında sərhəd müəyyənləşənə kimi kimi Suriyada terrorçuların mövqelərinə zərbə endirməyi təxirə saldığını bəyan edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

O bildirib ki, bir neçə sutka ərzində Rusiyanın Suriyada barışdırma mərkəzinə əsasən Hələb və Dəməşqdən olmaqla, müxtəlif vilayətlərdəki silahlı birləşmələrin rəhbərləri tərəfindən sərhəd müəyyənləşdirilməsi olmadan zərbə endirməməklə bağlı müraciət daxil olub: “Bununla yanaşı, onların bəziləri terrorçuların tam çıxarılması və həmin ərazilərdən Suriyadakı yaşayış məntəqələri və hökumət qoşunlarına təxribatçı atəş açılması tam dayandırdıqdan sonra özləri tərəfindən nəzarət edilən rayonların koordinat və sərhədlərini təqdim etməyə hazırdırlar. Bunu nəzərə alaraq, xüsusi silahı birləşmələrin hərbi əməliyyatların dayandırılması rejiminə əməl etməsi üçün onlarla işləmək, onların terrorçularla sərhədlərini dəqiq təyin etmək və zərbə endirməzdən qabaq onların nəzarətində olan əraziləri dəqiq müəyyən etmək işini davam etdirmək qərara alınıb”.

Xatırladaq ki, daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarlarına və beynəlxalq koalisiyaya mayın 25-də Suriyadakı terrorçulara birgə zərbə endirmək barədə təklif vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar