XƏDİCƏ İSMAYIL AZADLIQDA! - VİDEOLAR, FOTOLAR

XediceAli Məhkəmədə "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb.

Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

[gallery columns="5" size="full" ids="219911,219912,219913,219914,219915"]

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılın vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarını alqışlayıb.

Xədicə İsmayıl Avropa Şurasının çoxdankı tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır. Mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”, deyə bəyanatda bildirilir.

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks jurnalist Xədicə İsmayılovanın azad edilməsini alqışlayıb.O, bununla bağlı öz tvitter mikrobloqunda yazır:"Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət ki, onun həbs müddətini azaldan Azərbaycan Ali Məhkəməsinin qərarından sonra azadlıqdadır”.

Nils Mujnieks X.İsmayılovanın ədalətsiz olaraq həbs olunduğunu vurğulayır:“O, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə, həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram".

Öz növbəsində, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qısa və emosional şərh verib:"Günəş yenidən doğdu! Xədicə azadlıqda! Ümid edirəm ki, ona qarşı bütün ittihamlar ləğv olunacaq".

“Jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır ”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib.

O jurnalistin azadlığa buraxılmasını müsbət hal kimi dəyərləndirib.

“Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatımızda qeyd edəcəyik" - deyə Adcovi bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar