Azərbaycanın dostu İsrailin müdafiə naziri təyin olundu

İsrailin keçmiş xarici işlər naziri və “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Liberman ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.

APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, qəzet müdafiə naziri vəzifəsinin verilməsinin A.Libermanın partiyasının hökumət koalisiyasına daxil olmaq üçün əsas şərtlərdən biri olduğunu yazıb.

Xatırladaq ki, bir müddət əvvəl baş nazir Benyamin Netanyahu Aviqdor Libermana müdafiə naziri postunu təklif etmişdi. Mayın 20-də isə İsrailin müdafiə naziri Moşe Yaalon istefa ərizəsini təqdim edib.

“İsrail-Azərbaycan” beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak Trend-ə açıqlamasında bu təyinatın Azərbaycan üçün də faydalı olacağını bildirib: "Liberman əvvəlcədən Azərbaycanla sıx əlaqələr qurmağa və möhkəmləndirməyə başlayan siyasətçi olub. Onun sayəsində hazırda iki ölkənin belə yüksək səviyyəli əməkdaşlığı var, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar