Vladimir ​Putin Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb

Vladimir_Putin_150412_albom_6Rusiya prezidenti Nadejda Savçenkonu Ukraynanın Donbas bölgəsində ölən rusiyalı jurnalistlərin dul həyat yoldaşlarının xahişi əsasında əfv edib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın xalq deputatı Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti onu Ukraynanın Donbas bölgəsində ölən rusiyalı jurnalistlərin dul həyat yoldaşlarının xahişi əsasında əfv edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib. Rusiyalı hərbçilər artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar