Klubların teleyayım gəlirləri açıqlandı -  27 oyun, 100 milyon

London klubu Premyer Liqada yayımdan bu qədər qazanc əldə edən ilk klub olub.

İngiltərə Premyer Liqasında 2015/2016 mövsümünün yayım gəlirləri açıqlanıb. Ans press-in məlumatına görə, ən çox qazanc "Arsenal"ın payına düşüb.

"Mövsümü çempion kimi başa vuran "Lester" açıqlanan siyahıda 5-ci pillədə qərarlaşıb"

Ötən mövsüm 27 matçı canlı yayımlanan "Arsenal" bundan 100 milyon 952 min funt-sterlinq əldə edib. Bununla da London klubu Premyer Liqada yayımdan bu qədər qazanc əldə edən ilk klub olub.

Mövsümü çempion kimi başa vuran "Lester" açıqlanan siyahıda 5-ci pillədə qərarlaşıb. "Tülkülər" yayımdan 93 milyon 219 min funt qazanıb.

Digər klublarım yayımdan əldə etdikləri gəlirlər:

Ötən il Avropanın böyük liqalarında 2014/15 mövsümünün teleyayım gəlirləri açıqlanıb. Avropanın böyük liqaları arasında teleyayımdan ən çox gəlir götürən İngiltərə Premyer Liqasıdı. Bu çempionatda bir mövsüm ərzində televiziya gəlirləri 2 milyard 247 milyon avro olub. Premyer Liqa ən yaxın izləyicisi İtaliya A Seriyasını 2,5 dəfədən artıq qabaqlayır. Azərbaycanda böyük maraqla izlənilən Türkiyə çempionatı "ilk beşliy"i izləyir. Super Liqanın bir mövsümlük teleyayım gəliri 397.4 milyon avroya çatıb.

1. İngiltərə, Premyer Liqa - 2 milyard 247.6 milyon avro

2. İtaliya, A Seriyası - 837 milyon avro

3. İspaniya, La Liqa - 760.2 milyon avro

4. Almaniya, Bundesliqa - 579.4 milyon avro

5. Fransa, Liqa 1 - 467.8 milyon avro

6. Türkiyə, Super Liqa 397.4 milyon avro

7. Hollandiya, Erediviziya - 66.5 milyon avro

Klublar arasında "Barselona" hamıdan çox qazanıb. Kataloniya klubu ötən il teleyayımdan büdcəsinə 160 milyon avro qoyub.

"Barsa"nı La Liqadakı əzəli rəqibi "Real" izləyir. "Kral Klubu" televiziyalardan 156.8 milyon avro qazanıb. İlk "üçlüy"ü "Çelsi" qapayır. Premyer Liqa klubu 138.6 milyon avro ilə "Barselona" və "Real"ı izləyir.

Teleyayımdan ən çox qazanan 30 klubun siyahısında ingilislər üstünlük təşkil edir. Belə ki, İngiltərənin 8 klubu bu siyahıya düşüb. İtaliyadan 7, Almaniyadan 5, İspaniyadan 4, Türkiyə və Fransadan 3 klub ən çox qazananlar sırasındadı.

1. Barselona - 160.0 milyon avro

2. Real - 156.8 milyon avro

3. Çelsi - 138.6 milyon avro

4. Mançester Siti - 137.9 milyon avro

5. Mançester Yunayted - 135.5 milyon avro

6. Arsenal - 135.1 milyon avro

7. Liverpul - 129.9 milyon avro

8. Tottenhem - 124.3 milyon avro

9. Sautqempton - 115.6 milyon avro

10. Yuventus - 94.0 milyon avro

11. Queens Park - 90.8 milyon avro

12. Milan - 76.4 milyon avro

13. İnter - 76.1 milyon avro

14. Napoli - 62.0 milyon avro

15. Roma - 60.9 milyon avro

16. Latsio - 50.7 milyon avro

17. Bavariya - 50.6 milyon avro

18. Qalatasaray - 50.5 milyon avro

19. Valensiya - 48.0 milyon avro

20. Fənərbaxça - 46.9 milyon avro

21. PSJ - 45.5 milyon avro

22. Fiorentina - 44.0 milyon avro

23. Marsel - 42.8 milyon avro

24. Borussiya Dortmund - 42.6 milyon avro

25. Bayer - 41.9 milyon avro

26. Lion - 41.9 milyon avro

27. Atletiko - 41.6 milyon avro

28. Şalke 04 - 41.0 milyon avro

29. Beşiktaş - 37.4 milyon avro

30. Borussiya Münhenqladbax - 36.1 milyon avro

Ötən mövsüm Super Liqada çıxış etmiş 18 klub arasında ən çox qazanan "Qalatasaray" olub. Avropada 18-ci olan "Cim-Bom" 50.5 milyon avronu kassasına daxil edib. "Qalatasaray"ı 46.9 milyon avro qazancla "Fənərbaxça" qapayır. İstanbulun 3-cü böyük klubu "Beşiktaş" isə 37.4 milyon avroya sahib çıxıb.

1. Qalatasaray - 50.5 milyon avro

2. Fənərbaxça - 46.9 milyon avro

3. Beşiktaş - 37.4 milyon avro

4. Trabzonspor - 26.7 milyon avro

5. İstanbul Başakşəhir - 24.7 milyon avro

6. Bursaspor - 21.7 milyon avro

7. Mersin İdman Yurdu - 17.8 milyon avro

8. Torku Konyaspor - 17.6 milyon avro

9. Gənclərbirliyi - 16.4 milyon avro

10. Qaziantepspor - 16.4 milyon avro

11. Eskişəhərspor - 16.2 milyon avro

12. Akhisar Bələdiyyəspor - 16.0 milyon avro

13. Kasımpaşa - 15.8 milyon avro

14. Çaykur Rizespor - 15.7 milyon avro

15. Sivasspor - 15.7 milyon avro

16. Karabükspor - 14.1 milyon avro

17. Kayseri Erciyesspor - 13.9 milyon avro

18. Balıkesirspor - 13.9 milyon avro

Bu il AFFA da çempionatın yayım hüququnu satıb. Qurum tərəfindən elan olunmuş tenderə yalnız "CBC Sport" qatılıb və yayım hüququnu 70o min manata alıb. Bu pul 10 klub arasında bərabər bölünəcək - hərəyə 70 min manat

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar