​MHP-nin fövqəladə qurultayının vaxtı dəqiqləşdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı iyulun 10-da keçiriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu partiyanın sədri Dövlət Baxçalı yaydığı yazılı açıqlamada bildirib.

"MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq", - deyə Dövlət Baxçalı bildirib.

O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulayıb.

Qeyd edək ki, MHP-də sədrə müxalif olanlar mayın 15-də fövqəladə qurultay keçirməyi planlaşdırmışdı. Ancaq məhkəmə bununla bağlı vaxt təyin etdiyindən və bu tədbiri keçirmək istəyənlər arasında ortaq mövqe olmadığından qurultayı həmin tarixdə reallaşdırmaq mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar