Ermənistan könüllü hərbçiləri stimullaşdırır

Mayın 25-də Ermənistan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib.Novator.az-ın məlumatına görə, dəyişiklik hərbi əməliyyatlarda iştirak edən könüllülərin iş yerinin və orta əməkhaqqının saxlanmasını nəzərdə tutur. 106 deputatın lehinə səs verdiyi layihənin əleyhinə çıxan olmayıb. Birinci oxunuşdan keçən layihəyə əsasən, cəbhə xəttinə könüllü yollanan şəxsin iş yerinin saxlanmasına təminat verilir və ona hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə orta aylıq əməkhaqqı ödənir.

Ermənistan parlamenti bu gün həmçinin yeni Seçki Məcəlləsini üçüncü oxunuşda qəbul edib. Məcəlləyə görə, parlament seçkisi proporsional sistemlə keçirilir. Parlament deputatlarının minimal sayı 101 olur. Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər. Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir.

Seçki Məcəlləsində qadınlar üçün kvota nəzərdə tutulur. Partiyalara parlament seçkisində namizədlərin ən azı 20-25%-nin qadınlardan ibarət olması şərti qoyulur. Partiyanın namizədlər siyahısında hər 4 nəfərdən biri mütləq qadın olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar