Rusiya Ukraynanın federallaşmasını tələb edir

Rusiya XİN rəhbəri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, Rusiya tərəfi Ukrayna sərhədini keçməyi planlaşdırmır.

Eyni zamanda o deyib ki, Rusiya Ukraynanın federallaşmasına təkid edir, “çünki bu, cənub və şərq regionlarının tələbidir”.

S.Lavrov mayda Ukraynada keçiriləcək prezident seçkilərinə qədər Maydanın saxlanması barədə Ukrayna hakimiyyətinin qərarını rüsvayçılıq adlandırıb.

Lavrov Kişinyov və Kiyevin hərəkətləri üzündən blokadaya düşən Dnestryanı mövzusuna da toxunub. Onun fikrincə, bu cür siyasət “ABŞ və Avropa İttifaqı tərəfindən təşviq olunur”.

Qeyd edək ki, Dnestryanıda vəziyyət martın 29-na keçən gecə ABŞ prezidenti Barak Obama ilə Rusiya lideri Vladimir Putin arasında telefon söhbəti zamanı müzakirə mövzusu olub. Putin Tiraspolun “faktiki xarici blokadası” ilə əlaqədar danışıqlar aparmağı təklif edib.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar