"Deyirdilər ki, bu razılaşma heç vaxt baş tutmayacaq" - Merkel

"Avropa Birliyi ilə Türkiyə arasında miqrant sazişinin icrası reallaşacaq".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib.

Merkel məsələ ilə bağlı yerli «Frankfurter Allgemeine Zeitung» qəzetinə müsahibə verib: «Əvvəllər deyirdilər ki, bu razılaşma heç vaxt reallaşmayacaq və heç cəhd etməyə belə, dəyməz. Razılaşma əldə olunandan sonra da dedilər ki, icra olunmayacaq. Yeni problemlər olsa, bu dəfə də deyəcəklər ki, saziş iflasa uğrayıb».

Sazişin reallaşmasının mürəkkəb proses olduğunu deyən kansler onun üzərində hələ işləmək lazım gəldiyini bildirib.

Merkel xatırladıb ki, Türkiyə vətəndaşlarının Şengen ölkələrinə vizasız gediş-gəlişinin reallaşmaması Ankaranın təqdim olunan 72 şərtin hamısına əməl etməməsi ilə bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar