Nadejda Savçenko “Ukrayna Qəhrəmanı Qızıl Ulduzu”u ordeni ilə təltif olunub

Ukraynalı pilot Nadejda Savçenko “Ukrayna Qəhrəmanı Qızıl Ulduzu”u ordeni ilə təltif olunub.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, ordeni Savçenkoya Ukrayna prezidenti Petro Poroşenko təqdim edib.

Prezidentin müvafiq fərmanında bildirilir ki, Nadejda Savçenko sarsılmaz iradə, vətəndaş cəsarəti və Ukrayna xalqına xidmətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 2015-ci ilin martında P.Poroşenko N.Savçenkoya “Ukrayna qəhrəmanı” adını verib.

Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, “Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar