"Qarabağ" Azərbaycan kubokunun qalibi oldu

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu başa çatıb.

"Report" xəbər verir ki, əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçel hesabı açıb – 1:0. Beləliklə baş hakim Fariz Yusifov idarə etdiyi oyun 1:0 "Qarabağ" komandasının qələbəsi ilə başa çatıb.

Bununla da "Qarabağ" ardıcıl ikinci dəfə qızıl dubl edir.

Oyundan sonra qalibləri mükafatlandırma mərasimi keçirilir. Medalları AFFA prezidenti Rövnəq Abdullayevlə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar