Britaniyanın Aİ-dan çıxması əhaliyə 13 milyard dollara başa gələcək! - ÜTT

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Britaniya istehlakçılarına 9,0 milyard funt sterlinqə (13,2 milyard dollar) başa gələ bilər.

Əgər ölkə Aİ-dan çıxarsa, bu rəqəm Aİ-dan idxal əməliyyatları zamanı meydana çıxacaq əlavə rüsumlar hesabına yaranacaq. Bu barədə «The Financial Times» nəşrinə müsahibəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo danışıb. «Böyük Britaniya istehlakçıları bu rüsumu ödəməli olacaqlar» - deyə, ÜTT rəhbəri xəbərdarlıq edib.

Azevedonun sözlərinə görə, xarici bazarlara çıxmaqla, Britaniyanın idxalı yeni yaranacaq rüsumların hesabına 5,5 milyard funt-sterlinq (8 milyard dollar) əlavə «yük»lə qarşılaşacaq. Ölkənin Aİ-dan çıxmasını, sıfır vəziyyətindən ÜTT-yə üzv olmala müqayisə etmək olar. Azevedonun fikrincə, Aİ-dan çıxacağı təqdirdə, Britaniya ÜTT ilə danışıqlara başlamalıdır ki, bu da ölkənin ticarət portfelini əhatə edən minlərə tarif xətlərinə, kənd təsərrüfatı məhsullarının ixrac kvotalarına, aqrar sənaye kompleksinin subsidiyalaşdırılmasına, Britaniya banklarının və şirkətlərinin bazarlara çıxış şərtlərinə toxunacaq: «Praktiki olaraq, Birləşmiş Krallığın bütün ticarət fəaliyyəti bu və ya digər formada yenidən razılaşdırılmalıdır».

Azevedo qarşıdakı referendum zamanı britaniyalıların seçimini onların suveren haqqı hesab edir: «Amma çox vacibdir ki, xüsusilə də Britaniya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən ticarələ bağlı, insanlar faktlara sahib olsunlar və mövcud çağırışların yetərincə qiymətləndirməməsi hallarından qaça bilsinlər».

ÜTT rəhbəri hesab edir ki, Aİ-dan çıxmaq Britaniyanın yolunu digər bazarlara bağlaya bilər. Bu bazarlara çıxış dünyanın 58 ölkəsi ilə Aİ arasında bağlanmış 36 ticarət razılaşması ilə tənzimlənir.

Britaniyanın Aİ-da qalıb-qalmaması barədə sözügedən referendum iyunun 23-də keçiriləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar