Türkiyədə bələdiyyə seçkiləri: İlkin nəticələr - AKP öndədir (YENİLƏNİR)

Səslərin yarıdan çoxunun sayılmasından sonra AKP-nin böyük fərqlə öndə olduğu görünür. Hakim partiyanın İstanbul və Ankarada da qalib gəldiyi dəqiqləşmək üzrədir. Lakin CHP də böyük şəhərlərdə qalib gəldiyini elan edib.

***

Səslərin 20 faizə yaxınının sayılmasından sonra AKP 47.3 faizlə öndədir və İstanbul və Ankarada da qalib gəlir. Lakin bu rəqəmləri təqdim edən "Anadolu" agentliyi spekulyasiya ilə məşğul olmaqda ittiham olunur. Digər qaynaqların təqdim etdiyi rəqəmlərdə ciddi fərqlər var. CHP İstanbulda öndə olduğunu açıqlayıb.

***

Səslərin 15.7 faizinin sayılmasından sonra AKP səslərin 48 faizini alaraq öndədir. Həm Ankara, həm də İstanbulda AKP-nin namizədləri öndədir.

***

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin açıqlanmasına başlanılıb. APA-nın xəbərinə görə, artıq Türkiyə üzrə səslərin 10 faizi artıq bəlli olub.

İlkin nəticələrinə görə, İstanbulda CHP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada CHP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.

Türkiyənin ümumi mənzərəsinə görə isə indiyə qədər açıqlanan nəticələrə görə, AKP öndədir.

**

İlkin nəticələr açıqlanmağa başladı, AKP təxminən 49 faiz səslə öndədir. İstanbul və Ankarada da hələ ki, AKP öndədir. 

Ankarada ilkin nəticələr:

AKP - 45.8

CHP - 39.4

MHP - 10.5

***

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb. Yaxın dəqiqələrdə ilkin nəticələrin açıqlanacağı gözlənilir.

***

Türkiyədə korrupsiya qalmaqalı, məxfi məlumatların yayımlanması, hökumət üzvlərinə qarşı kompromatların yayılması və sosial şəbəkələrin bloklanması fonunda bu gün bələdiyyə seçkiləri keçirilir.

APA-nın məlumatına görə, seçkilərdə 52 milyondan çox vətəndaş 194 300 seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək.

Türkiyə mətbuatının məlumatına görə, ölkənin ən böyük meqapolisi sayılan İstanbulda 40 minədək polis əməkdaşı təhlükəsizliyi təmin edəcək. Seçicilər əyalət qubernatorlarını, merləri, əyalət parlamentlərinin üzvlərini, bələdiyyə rəhbərlərini, kənd və rayon başçılarını, habelə kənd məclislərinin üzvlərini seçməlidir. Seçki məntəqələri yerli vaxtla 07.00-da açılacaq və səsvermə saat 17.00-dək davam edəcək.

Qeyd edək ki, seçkilərdə 26 siyasi partiya öz namizədlərini irəli sürüb. Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası arasında olacaq.

Ankara və İstanbulun hazırkı rəhbərləri hakim partiyanın üzvü olduğundan müşahidəçilərin əsas diqqəti məhz bu şəhərlərə yönələcək. 1994-cü ildən paytaxt meri vəzifəsini tutan Melih Gökçekin seçkilərdəki əsas rəqibi Cümhuriyyət Xalq Partiyası tərəfindən Ankara meri postuna irəli sürülən namizəd Mansur Yavaşdır.

İstanbul meri postuna isə şəhərin hazırkı rəhbəri Kadir Topbaş və Milliyyətçi Hərəkat Partiyasının namizədi Mustafa Sarıgül iddialıdır. M.Sarıgül kifayət qədər effektli seçkiqabağı kampaniya apardığından hakim partiyanın əsas rəqibi hesab olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar