Ruslar İŞİD-ə Azərbaycan vasitəsilə qoşulur? - Antiterror komitəsi

nin rəhbəri terrorçulara qoşulmaq istəyənlərin keçdikləri marşrutları açıqlayıb.

Üç minə yaxın rusiyalı beynəlxalq terrorçu qruplaşmaların tərkibinə qatılmaq üçün xaricə gedib. Ans press-in məlumatına görə, bunu Rusiya Federasiyasının Milli Antiterror komitəsinin rəhbəri Yevqeni İlin deyib.

Onun sözlərinə görə, onların əksəriyyəti Şimali Qafqazdan olanlardır. 30 yaş civarında olan bu gənclər əsasən maddi problemi, təhsil səviyyəsi aşağı olanlardır.

Komitə rəhbəri deyir ki, gənclər terrorçu qruplaşmaların olduğu ərazilərə bir neçə marşrutdan istifadə etməklə gedirlər, xüsusilə Türkiyə və Misirdən. Rusiyadan bu ölkələrə isə adətən Azərbaycan, Belarus, Ukraynadan keçirlər.

Terrorizmlə mübarizə barədə konfransda çıxış edən İlin bir neçə gün öncə Krasnodarda terror törətməyə hazırlaşan 7 nəfərin saxlandığını da deyib. Saxlanılanlar Mərkəzi Asiya ölkələrindən olanlardır.

Bir müddət öncə Rusiya Daxili İşlər Nazirliyi daha öncə ekstremist cinayətlərə görə məhkum edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulması barədə təşəbbüs irəli sürmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar