RUSLAR, SAKİTCƏ ƏZİYYƏT ÇƏKİRLƏR – Putin ölkəni hara aparır?

Əhali bir çox şeydən imtina etmək məcburiyyətindədir. Lakin etirazlar kifayət qədər zəifdir. Rusiya iqtisadiyyatı tənəzzüldən çox yavaş çıxır. Milli statistika xidmətinin məlumatına əsasən, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) keçən ilə nisbətən birinci rübdə 1,2% azalıb.

2015-ci ildə iqtisadi göstəricilər 3,7% aşağı düşmüşdü. Hazırda rusiyalıların əksəriyyəti, onlara dəymiş böyük ziyanların öhdəsindən gələ bilmir. 2015-ci ilin nominal məvacibi 1998-ci ilin böhranında olduğu kimi ləng böyüyür. Ancaq əslində güclü bahalaşmaya görə, real məvaciblər demək olar ki, 10 % əriyib.

İqtisadiyyat naziri bildirir ki, 2016-ci ildəki real məvaciblər bir qədər kəsiləcək. Alıcılıq qabiliyyətinin aşağı düşməsi prezident Vladimir Putinin populyarlığının söykəndiyi iqtisadi modeli sual altında qoyur. Putinin birinci prezidentlik dönəmində, neftdən gələn gəlirlərin bölüşdürülməsi nəticəsində, 2000-ci illərdə əsl istehlak partlayışı yaşanmışdı.

Amma Rusiyalılar dünən sabahkı günün hesabına yaşayıblar: 2003-cü ildən 2013-cü ilədək olan müddət ərzində real məvaciblər demək olar ki, əmək məhsuldarlığına nibətən daha çox artmışdı. Əmək məhsuldarlığı ildə maksimum 8% artdığı halda, işçilər real olaraq 17% daha artıq əmək haqqı alırdılar. Ancaq bu dövrlər arxada qaldı. Əgər nominal məvacibi dollarla hesablasaq, onda rublun dəyərdən düşməsinə görə, Rusiyadakı iş gücü müəyyən vaxtlarda hətta Çindəkindən də ucuz olub.

İstehsal böhranı yaşayan “Lada Avtovaz” və Uraldakı maşınqayırma və ya metallurgiya sənayesində çalışanların maaşlarının verilməməsinə görə etirazların baş qaldırılması haqqında yayılan xəbərlər artmaqdadır. Rusiyadakı işçilərin etirazlarının sayının rəsmi hesablanması tam dolğun deyil, lakin Sankt-Peterburqdakı “CİSR” araşdırma mərkəzi daxil olmaqla, sosioloqların apardıqları təhqiqatlar, etirazların getdikcə artdığını göstərir. Amma hər halda Rusiyadakı fəhlələrin etirazları kütləvi fenomen deyil, çünki onların işinin itirilməsi qorxusu yüksəkdir.

Lakin hər halda onu da demək lazımdır ki, yalnız bir ədəd iri iş yeri olan çoxsaylı mono sənaye şəhərlərində bu doğrudan da belədir. Buraya tətillərin keçirilməsi üçün qoyulan yüksək hüquqi baryerləri, zəif həmkarlar təşkilatını və bir sahə üzrə məşğul olanların regionlar arası koordinasiyanın kifayət qədər yetərli olmadığını da əlavə etmək mümkündür. Etirazlar, əsas etibarilə, daha çox spontan, məhdud və lokal xarakter daşıyır.

Amma bəzi işçilər üçün məvacibin kəsilməsi özünə məxsus şəkildə barterdir. Məvacibin kəsilməsinə baxmayaraq, əvəzində o öz işini saxlayır. Rusiya firmaları ənənəvi olaraq, insanları işdən çıxarmaq yerinə, həvəslə onların maaşlarını kəsir.

Keçən il işsizlik orta hesabla 2014-cü ildən yüksək olaraq, 5,6 % təşkil edıb. İşdən çıxarmalardan imtina hansısa bir əsasa dayana bilər, məsələn müəssisələrdəki təcrübəli əməkdaşların saxlanılması kimi. Və ya digər səbəblər var: dövlət tərəfindən nəzarət edilən iri işverənlər və firmalar siyasi instansiyaların xüsusi müşahidəsi altındadırlar. İctimai rifahı pozmamaq və özü üçün siyasi xoşsuzluqlar toplamamqdan ötrü, bir çox müəssisələr uzun müddət ərzində yenidən strukturlaşmaya və bununla əlaqədar işdən çıxarmalara getməyiblər. Beləliklə, həmin müəssisələr, effektli və müasir istehsal metodlarına investisiya qoymaqdan da imtina ediblər. Keçmiş illərdəki istehlak bumunda bu cür çatışmazlıqlar dondurulmuş strukturlara demək olar ki, maneçilik törətməyib. Böhran dövründə çatışmazlıqların hesabını verməli olursan, daha pis vəziyyətə isə ən zəifləri düşür.

İşin itirilməsi və aşağı məvacibə görə aprel ayında Dünya Bankı Rusiyanı tənqid edtmişdi, çünki iqtisadi tənəzzül, yoxsulluqla mübarizədə əldə edilmiş öncəki nailiyyətləri heçə endirir. Dünya Bankı özünün baza hesabatında yoxsulluğun yüksəlməsi kvotasını hazırkı il üçün 13,4%-dən 14,2 %-ə və ya 20,3 milyon nəfərədək qaldırıb. Yəni 1998-ci ilin maliyyə böhranındakı dövrə nisbətən indi daha çox adam yoxsul yaşayacaq. 2012-ci ildə Rusiyadakı yoxsulluğun səviyyəsi özünün ən aşağı həddində idi.

(Frankffurter Allgemine Zeitung)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar