Putin Dövlət Mühafizə Xidmətinin rəisini işdən azad etdi

Rusiya prezidenti Vladimir Putin Dövlət Mühafizə Xidmətinin rəisi Yevgeni Murovu işdən azad edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin imzaladığı sərəncamla Murovun yerinə Dmitriy Koçnyov təyin edilib.

Rusiya prezidentinin saytında yayılan məlumata görə, Murov işdən öz istəyi ilə uzaqlaşıb.

General Murov son 16 ildə Rusiya Dövlət Mühafizə Xidmətində rəhbəri olub. Onun gedişi barədə mətbuat 2014-cü ildən yazırdı. Ehtimallara görə, general vəzifədən ailəsi ilə daha çox vaxt keçirmək üçün getmək istəyirmiş.

Yeni rəis Dmitriy Koçnyov isə bundan əvvəl Prezidentin Mühafizə Xidmətinin rəhbəri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar