Robotlar 60 min nəfəri işsiz qoydu

Yüksək texnologiya məhsulu olan ağıllı robotlar, bir çox sektorda insanların yerini alır.

Bu vəziyyətin son nümunəsi Çində baş verib. ABŞ-ın texnologiya şirkəti Apple və Cənubi Koreyanın Samsung şirkətinə material verən Foxconn şirkəti işçilərinin sayını 110 mindən 50 minə salıb.

"Marja" xəbər verir ki, Çində nəşr edilən "China Morning Post" qəzetinə danışan hökumət rəsmisi Xu Yulian, şirkətin istehsalda robotların istifadəsini artıraraq 60 min adamı işdən çıxardığını bildirib.

Xu Yulian etdiyi açıqlamada ölkədə bir çox şirkətin Foxcon-nun izi ilə getməyə hazırlaşdığını bildirib.

Foxcoon-dan edilən bəyanatda şirkətin bu sahədə investisiya etdiyi məlumatı təsdiq olunub, amma bu vəziyyətin işdən çıxarmalar ilə nəticələnməyəcəyi iddia edilib.

Çin son illərd robotların istifadəsini artırmaq üçün etdiyi investisiyalar ilə diqqəti çəkir. 2014-cü ilin Sentyabr ayından bu yana, yalnız ölkənin Guangdong bölgəsindəki 505 zavod bu sahədə 4.2 milyard yuan sərmayə yatırıb.

Görünən budur ki, bu vəziyyət təkcə Çin ilə məhdud qalmayacaq. Ötən aylarda, dünyada işçi qüvvəsinin 65%-nə malik 15 ölkədə aparılan bir tədqiqatda, süni intellekt texnologiyasının inkişafı ilə 2020-ci ilə qədər 5 milyon adamın işini itirəcəyi bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar