WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötdü

WTI-crude-oil neft abs usaNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 50,11 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub.

Beləliklə, WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçib.

Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar