​Prezident Administrasiyasının nümayəndələri görüş keçirəcək

pa prezident adminAzərbaycan Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək.

"Report"un əldə etdiyi məlumata görə, görüşün tarixi yaxın günlərdə açıqlanacaq. Hazırda bu istiqamətdə iş aparılır.

Məlumata görə, növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Report"a açıqlamasında deyib ki, üç həftə öncə 10-dan çox qeyri-hökumət təşkilatı Prezident Administrasiyasına müraciət edib: "Müraciətdə konkret məsələlərərin müzakirəsi üçün görüş keçirilməsi xahiş olunub. Yəqin ki, bu müraciətə müsbət cavab veriləcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar