Savçenko üzr istədi! 

Xarici KİV-in yaydığı məlumata görə, ukraynalı qadın pilot Savçenko Donbasda ölənlərin analarından üzr istəyib və «Borispol» hava limanında jurnalistlərə emosional nitqlə müraciət edib («İnterfaks»).

O, isti qarşılanma və dəstək üçün mətbuata təşəkkür edib: «Mən, o kəslərə sağ olun deyirəm ki, mənə «xeyir» arzulayıblar və onların sayəsində sağ qalmışam. Mənə «şər» arzulayanlara da sağol deyirəm - çünki mən, sizlərin acığına sağ qalmışam. Mənə laqeyd qalanlara da sağ ol deyirəm, ona görə ki, mənə mane olmayıblar».

Sonra Savçenko Donbasda ölənlərin valideynlərinə müraciət edib: «Aerodrom-texniki təchizat (ATT) kompleksindən geri qayıtmayan uşaqların valideynlərindən üzr isitəyirəm, mən isə hələ də sağam. Övladları məhbəslərdə yatan bütün analardan üzr istəyirəm, mən isə azadlıqdayam. Mən ölənləri geri qaytara bilmərəm, amma öz həyatımı yenidən döyüş meydanında qurban verməyə hazıram. Mən çalışacağam ki, məhbəsdə yatan hər kəs azadlığı çıxsın...».

Sonra o, prezident administrasiyasına yollandığını deyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar