Azərbaycanda xarici ölkələrin yük maşınları yol vergisindən azad edildi

ilham_aliyev_imza_251114Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliyi təsdiqlədi.

İyunun 1-dən xarici dövlətlərin yük avtomobilləri Azərbaycanda yol vergisindən azad olunacaq. Ans press-in məlumatına görə, prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının qanununda dəyişiklik edib.

Dəyişikliyə əsasən iyun ayının 1-dən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 3 il müddətinə yol vergisindən azaddır.

Dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

Həmçinin xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda yol vergisindən azad ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar