​Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib

Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun 5 il Ukraynaya girməsi qadağan edilib.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi təmsilçisi Yelena Qitlyanskaya bildirib.

Onun sözlərinə görə, qadağanı Ukraynanın Təhlükəsizlik Xidməti qoyub: "Krımın hərbi yolla ilhaqını aşkar şəkildə dəstəklədiyi üçün dövlət təhlükəsizliyinin və maraqlarının təmin olunması naminə 5 il müddətinə ona ölkəmizə giriş bağlanıb".

Qadağaya münasibət bildirən Mixail Qorbaçov deyib: "Onun yerinə olsaydım, mən də belə edərdim".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar